Brüssel küçələrində partlayış səsləri eşidilir

Yerli KİV-ri yazır ki, söhbət “nəzarət olan partlayışdan” gedir
Lua küçəsi
Brüssel küçələrinin birində yenidən partlayış səsi eşidilib. Turaninfo.az-ın ANS PRESS-ə istinadən Belçikanın RTBF telekanalına istinadən verdiyi məlumata görə, “Maelbek” metrostansiyasının yerləşdiyi Lua küçəsində partlayış baş verib. Telekanalın ehtimalına görə, partlayışı bunu şübhəli əşyaları partladan istehkamçılar törədiblər.
Küçə hazırda tamamilə bağlıdır.  Yerli KİV-ri yazır ki, söhbət “nəzarət olan partlayışdan” gedir.
Brüssel metrosunun “Maelbek” stansiyasında partlayış qatarın vaqonunda baş verib. Stansiya Avropa İttifaqının qurumlarının olduğu küçədə yerləşir.

Daha iki partlayış səhər saatlarında Brüssel beynəlxalq hava limanında baş tutub. İlkin ehtimala görə, partlayışı terrorçu-kamikadze törədib. Partlayışlara görə İŞİD terror qruplaşması məsuliyyəti öz üzərinə götürüb.
Partlayış nəticəsində həlak olanların sayı haqqında rəsmi məlumat  yoxdur, lakin yerli KİV-lər azı 20 nəfərin öldüyü haqda yazır.
Belçikada terror təhlükəsizliyinin ən yüksək səviyyəsi elan olub.