Brüssel aeroportu tətil səbəbiylə qismən bağlanıb

Brüssel aeroportu dispetçerlərin tətili səbəbiylə qismən bağlanıb.
Turaninfo.az  hava limanının mətbuat xidmətinə istinadən xəbər verir ki, tətillə əlaqədar günün birinci yarısında 40-a yaxın reys təxirə salınıb.
Qeyd edək ki, dispetçerlər aprelin 12-dən etiraz tətili keçirir.