“Broker” MMC vasitəsi ilə oğurlanan milyonlar: Əbülfəz Məlikovdan büdciyə xəyanət... - TƏFƏRRÜAT

 
 
Azərbaycanda rüşvət-monopoliya dedikdə, ilk ağıla gələn dövlət qurumu heç şübhəsiz Dövlət Gömrük Komitəsidir. Təsadüfi deyil ki, istər xarici, istərsə də yerli iş adamlarının ölkə prezidentinə ən çox şikayət etdikləri məmurların başında gömrükçülər gəlir. Maraqlıdır ki, son illər bir MMC faktiki olaraq, gömrük orqanlarının səlahiyyətlərini icra edir, daha doğrusu Aydın Əliyevin işçilərinin etmədiyi özbaşınalıqları da “Broker” Əbülfəzin işçiləri böyük həvəslə həyata keçirirlər.
 
obyektiv.org-a daxil olan məlumatlara görə, gömrüyün səlahiyyətlərini mənimsəyərək, onun funksiyasını həyata keçirən “Trans Broker” MMC Gömrük Məcəlləsinin 22 maddəsinə əsaslanaraq yaradılıb. Nizamnaməsində göstərilir ki, broker xidməti malların, nəqliyyat vasitələrinin gətirilməsi, tranizitin həyata keçirilməsi və gömrükdə təmsilçiliklə bağlıdır. Təmsilçilik üçün isə sahibkarla müqavilə bağlanmalıdır. “Trans Broker” MMC də himayədarlarının verdiyi səlahiyyətlər çərçivəsində sahibkarları belə müqavilələr bağlamağa və gətirdiyi maldan götürəcəyi ehtimal olunan gəlirin ən azı 60- 70%-ni əvvəlcədən onlara verməyə məcbur edir. Gömrükdən keçən bütün yükdaşımalara, yəni, karqo biznesinə nəzarət bu quruma verilib ki, o da bundan istifadə edib büdcəyə çatan vəsaiti şəxsi hesablara yönəldir.
 
Nə kassa-mədaxil orderi, nə də qəbz verən “Broker” MMC faktiki olaraq, gömrük sahəsində dövlək komitəsindən daha səlahiyyətli qurumdur. Bu səbəbdən də yaxınları Əbülfəz Məlikovu “cənab nazir” deyə çağırırlar. Çünki hazırda onun səlahiyyətləri gömrük komitəsinin sədrindən az deyil. Hətta brokerlər gömrüyə daxil olmayana qədər, Gömrük Komitəsinin heç bir əməkdaşı yük maşınlarını aça bilməz.
 
Doğrudur, bu ilin əvvəllərində Əbülfəz Məlikov, buraxdığı bir siyasi səhv ucbatından parfümeriya və elektronikanı əlindən versə də, digər “yağlı sahələr” hələ də onun əlindədir.
 
Belə ki, qeyri rəsmi Gömrük Nazirliyi statusunda olan “Transbroker” MMC- aşağıdakı şöbələrdən ibarətdir:
 
1.Ümumi şöbə
 
2. Rəqəmsal texnologiyalara aid olan mallar üzərində nəzarət şöbəsi
 
3. Avtomobil ehtiyat hissələrinin idxalı üzərindəki nəzarəti gerçəkləşdirən şöbə (bu şöbə həm də məşhur markaların geyimlərinin gətirilməsinə də nəzarət edir).
 
4. Mebel və ev əşyalarının idaxalına nəzarət edən şöbə
 
5. Parfümeriya, kimyəvi məhsulların idxalına nəzarət şöbəsi (bu şöbə MMC-nin daxilində olsa da, rəhbərlik Əbülfəz Məlikovdan alınıb və o, bu şöbənin fəaliyyətinə qarışa bilmir)
 
6. Elektronika, məişət avadanlığınin idxalına nəzarət şöbəsi (bu şöbə də MMC-nin daxilində olsa da, rəhbərlik Əbülfəz Məlikovdan alınıb və o, bu şöbənin fəaliyyətinə qarışa bilmir)
 
7. Dərman pereparatlarının idxalına nəzarət edən şöbə
 
8. Qızıl, qiymətli daşlarin ölkəyə gətirilməsinə nəzarət edən şöbə
 
Adı çəkilən şöbələrin broker əməkdaşları özlərinə aid malların aktlaşdırılması ilə məşğuldurlar. Aktlaşdırılma prossesi çox diqqətlə və detallı şəkildə həyata keçirilir. İnhisar altındakı hər hansı bir məhsulu ölkəyə “icazəsiz” gətirmək “cinayət” sayılır və heç bir sənəd-sübut təqdim edilmədən “müsadirə” olunuraq xüsusi gömrük ambarına yerləşdiriləriək buradan satılır. İnhisarda olan məhsulu icazəsiz ölkəyə gətirən iş adamı isə böyük məbləğdə pul ödəyərək, biznes fəaliyyətini davam etdirmək mıcburiyyətində qalır. “Cəriməni” ödəmədiyi təqdirdə onun ümumiyyətlə ölkəyə gətirməsi birdəfəlik qadağan olunur.
 
İş adamlarından yığılan rüşvət isə “Trans Broker” MMC vasitəsilə bir mərkəzə toplanır. Buna görə, brokerlərin hər birinə Əbülfəz Məlkov 1000-4000 dollar arası «paket» sistemi ilə maaş verir.
 
Qeyd etdik ki, “Trans Broker” MMC iş adamlarının idxal etdiyi məhsuldan götürəcəyi ehtimal olunan gəlirin ən azı 60-70 faizini əvvəlcədən rüşvət şəklində onların əlindən alır. Ancaq bununla da kifayətlənməyib, iş adamlarını cinayətə məcbur edir, onları gətirdikləri malın dəyərini rəsmi bəyannamədə dəfələrlə aşağı göstərməyə təhrik edir. Bu səbəbdəndə sahibkar gətirdiyi mala görə, dövlətə 1000 manat rəsmi vergi ödəyirsə, ən az 10000 manat Əbülfəz Məlikova rüşvət vermək məcburiyyətindədir.
Mövzuya qayıdacağıq.
Qarşı tərəfidə dinləməyə hazırıq

Загрузка...
Загрузка...