Britaniyalı nazir: Bağdadi Mosuldan qaçıb

 
İŞİD lideri Əbubəkr Bağdadi hökumət və milis qüvvələrinin nəzarətində olan Mosul şəhərindən qaçıb.
 
Axar.az “Layf.ru”ya istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici İşlər naziri Boris Conson deyib. O bildirib ki, bu məlumat kəşfiyyat mənbələrindən daxil olub: “İroniya orasındadır ki, bu şəxs Mosuldan çıxıb və internetdən istifadə edərək öz təbliğatını aparır”.
 
Qeyd edək ki, Bağdadi İŞİD-çilərə çağırışında Mosulu tərk etməməklə bağlı tapşırıq vermişdi.