Britaniya Avropa Birliyindən çıxdı - NƏTİCƏ

Britaniyada keçirilən seçkilərin nəticələri açıqlanıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, Böyük Britaniyanın Avropa Birliyindən çıxmasını tələb edənlər qələbə qazanıb.
16,7 milyon şəxs, yəni 52 faiz seçici "Brexit"in lehinə, 48 faiz isə əleyhinə səs verib.
Keçirilən referendum hüquqi öhdəlikləri daşımır, yəni hökumət ölkənin taleyini özü həll edə bilər.
Qeyd edək ki, referendumda yekun seçici fəallığı 72,1 faiz olub.