Britaniya AB-dən çıxdı: Avropa göz yaşı tökür…

Böyük Britaniya əhalisinin böyük bir qisminin Avropa Birliyindən çıxmağa səs verməsindən sonra Ağ Ev məlumat yayıb.
 Axar.az xəbər verir ki, Ağ Evin yaydığı məlumatda ABŞ Prezidenti Barak Obamanın İngiltərə Baş naziri Devid Kemeronla görüşəcəyi bildirilib.
 Almaniya Xarici İşlər naziri Frank-Valter Ştaynmayer İngiltərənin qərarını “Avropa üçün kədərli gün” kimi qiymətləndirib.
 Finlandiyanın keçmiş baş naziri Aleksandr Stub isə pis yuxu gördüyünü bildirib:
 “Xahiş edirəm, hələ də yatdığımı və pis yuxu gördüyümü deyin”.
 Qeyd edək ki, ötən gün Britaniyanın AB-dən çıxmasına dair referendum keçirilib. Seçicilərin 52%-i çıxmağa, 48%-i isə AB-də qalmağa səs verib.