Brejnevin maşını Bakıda 100 minə satışda...

Daşdan yığılan maşın 100 minə satılır
Maşından dünyada yalnız bir ədəddir
Aktual.az turbo.az-a istinadən xəbər verir ki, Bakıda 100 min manata 1979-cu il istehsallı maşın satılır. Avtosfer.az turbo.az-a istinadən xəbər verir ki, "Sport Minik" markalı maşının mühərriki 1,2 L. gücündədir. 20 min "probeqi" avtomobilin əl işi olduğu bildirilir. Avtomobilin sahibi iddia edir ki, maşın daşdan yığılıb. SSRİ dövlət, siyasi, hərbi və partiya xadimi Leonid İliç Brejnevin razılığı əsasında istehsal olunan maşından dünyada yalnız bir ədəddir. Avtomobilin sahibi bildirir ki, "Sport Minik" retrodur və bu barədə 70-ci illərdə istehsal olunan jurnaldan məlumat əldə etmək mümkündür.