Bred Pitt və Anjelina Coli razılığa gəldi

 
Hollivud ulduzları Bred Pitt və Anjelina Coli boşanma prosesində vahid qərar qəbul ediblər.
 
Turaninfo.az CNN-ə istinadən xəbər verir ki, cütlük bütün prosesin məxfiliyi barədə razılaşıb.
 
“Tərəflər və onların vəkilləri uşaqları və ailələrinin şəxsi həyatının toxunulmazlığına riayət olunması barədə razılaşma imzalayıblar. Bu, bütün məhkəmə sənədlərinin məxfiliyinin qorunması, eləcə də zəruri hüquqi qərarların qəbul olunmasına hakimin cəlb olunması və bütün qalan məsələlər də ən qısa zamanda həllində öz əksini tapacaq” -deyə tərəflərin açıqlamasında bildirilir.
 
Eyni zamanda vurğulanır ki, bundan sonra Pitt və Coli “vahid cəbhədə çıxış etməyi” planlaşdırırlar.

Загрузка...
Загрузка...