Bərdəli ilanları tutub evində saxlayır - VİDEO

 
Kənddə istənilən zəhərli ilanı əli ilə tutur, hətta bu təhlükəli sürünənləri evində saxlayır...
 
Respublika.info xəbər verir ki, Bərdənin Məhdixanlı kənd sakini 21 yaşlı Hüseyn Qarayev uşaqlıqdan ilanlarla oynamagı sevir. O, kənddə təsərrüfat işləri ilə məşgul olarkən qarşısına çıxan ilanları təhlükəsiz qaydada tutmağı da öyrənib. O ilan zəhərli olsa belə.
 
Hüseyn tutduğu ilanları zəhərini çıxartdıqdan sonra evində saxlayıb, şəraitə uygunlaşdırır. Lakin ailə üzvləri ilanlardan qorxduğu üçün onları yenidən çöllük ərəzilərə buraxır.
 
Hüseynin ilanlardan əlavə digər vəhşi heyvanlara da marağı var. Ancaq Bərdədə hələ ki, başqa heyvan tutub saxlamaga nail olmayıb.