Bərdədə 5 otaqlı ev yanıb

Bərdədə yanğın hadisəsi qeydə alınıb.
 Musavat.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,Bərdə rayonunda vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan kürsülü, birmərtəbəli 5 otaqlı evin dam örtüyünün, iki otağının yanar konstruksiyaları və ev əşyaları 100 kv.m sahədə yanıb.
 Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb