Böyük sevgilərin GÜCÜ haqqında maraqlı fakt

“Böyük sevgidə güc var. Və o amansızdır. Ucuz sevgi yumşaqdır, o əzablara tab gətirmək iqtidarında deyil”.
Məşhur alman psixoloqu, filosofu və ilahiyyatçı Berta Xellinqeranın sevginin gücü haqqında yazdığı mətinini həqiqətən oxumağa dəyər.
Publika.az psixoloqun sevgi haqqında fikirlərini təqdim edir.
Böyük sevgidə güc var. Və o amansızdır. Ucuz sevgi yumşaqdır, o əzablara tab gətirmək iqtidarında deyil. Bəzən insan böyük sevginin ağır yükünü daşıya bilmir və ağlamağa başlayır. Kimsə dözməyəndə ağlayan insana tərəf gedir və ona təsəlli verməyə çalışır. Lakin lazım olduğu üçün deyil. O, ona görə qarşı tərəfə təsəlli verir ki, bu, ilk növbədə onun özünə lazımdır. Və bu cür sevgilər zəifdir.
O, başqasının ruhuna qarışır, qarşılıqsız olaraq ona xidmət edir. Lakin biz müdaxilə etmədən başqasının əzabına dözməyi öyrənməliyik.
Bibliyada bununla bağlı çox gözəl nümunə var. Allah İovanı ağır sınaqlardan keçirir. Onun bütün uşaqları vəfat etmiş, bədəni yaralarla örtülmüşdü, üstəlik bir yığın peyinin üstündə yaşayırdı. Onda təsəlli vermək üçün dostları İovanın yanına gəldilər. Bəs dostları nə etdi? Onlar yeddi gün ərzində bəlli bir məsafədə oturdular və bir kəlmə də kəsmədilər. Bax bu, böyük gücü olan əsl sevgidir.
Əgər həkim əməliyyat edirsə, eyni zamanda hönkürtülər qoparırsa, demək ki, o, əməliyyat etməyi və öz işini bacarmır. Böyük əzablar çəkən insana kömək etmək üçün biz daha yüksək səviyyəyə çıxmalıyıq. Bu səviyyədə emosiyalar yoxdur, amma sevgi ilə doludur. Yaxşı əməliyyat edən həkim öz emosiyalarını göstərməsə də, qəlbi sevgiylə dolu olur. Buna görə o, əməliyyat edə bilir.
Həqiqətən kömək etmək istəyən insan başqasının əzablarının onun qəlbinə daxil olmasına imkan vermədən ona dözməyi bacarmalıdır. Əgər o, əzaba dözürsə, başqasına müdaxilə etmədən ona güc verir.
Yalnız problemi olan buna tab gətirə bilər. Əgər başqası onun yükünü daşımaq istəyirsə, onda o, zəif olur. Biz bunu özümüzdə müşahidə edə bilərik. Məsələn, əgər mən başqasında nəyisə görürəmsə və bunu ona hökmən demək istəyirəmsə, buna baxmayaraq özünü saxlayıramsa və danışmıramsa, deməli, bu, güc tələb edir. Təmkinlik tələb edən güc qarşıp tərəf üçün də güc mənbəyinə çevrilir. Birdən onun ağlına gəlir ki, mən ona bu problemi demək istəyirdim. Bir halda ki, bu fikir onun ağlına gəlib, demək ki, onu qəbul edə bilər.
Əgər mən dilimi dinc saxlamayıb ağlımdan keçənləri ona deyirəmsə, bu zaman özümü daxilən daha rahat və sakit hiss edirəm. Lakin mən onun gücünü alıram. Hətta mənim demək istədiyim fikir düzgün olsa belə, o, bunu qəbul edə bilmir, çünki özlüyündə hələ də dərk etməyib. Odur ki, belə təmkinlilik hörmətin və sevginin başlıca təməlidir.
Aytən

Загрузка...
Загрузка...