Boşanan qadın 9 kişi ilə cinsi əlaqədə olmalıdır – FOTO

 
Nigeriya ilə Əlcəzair arasında yarımköçəri həyat sürən Tuareq xalqında indiyə qədər matriarxat hökm sürür. Soy zəncirində də əsas fiqur analar hesab olunur.
 
Hafta.az Tuareq xalqının maraqlı və qeyri-adi adətlərindən bir neçəsini təqdim edir:
 
Tuareq qadınlarının bir yox, bir neçə əri olur. Ailə çadırına qonaq gələn kişi, çadırın sahibi olan qadınla yatmasa, onun çadıra girişi günah sayılır.
 
Evlənəcəyi kişini xanımlar özləri seçir. Sadə, dəbdəbədən uzaq bir toy məclisi qurulur. Boşanma günü isə əsl bayram ab-havası ilə keçirilir. Qadının boşandığı gün qəbilədə kişilər üçün də ziyafət təşkil edirlər. Ziyafətin sonunda isə boşanan qadın 9 kişi ilə cinsi münasibətdə olmalıdır. Yoxsa, boşanma qəbul edilmir. Boşanan qadına müsbət rəy isə əlaqədə olduğu 9 kişinin “hə” və “yox”undan asılıdır. Qadının boşandığını elan etmək üçün əlaqədə olduğu kişilər səs çoxluğu ilə müsbət cavab verməlidir.
 
Qadının boşandığı kişi isə yalnız dəvələrini əvvəlki xanımından geri istəmək hüququna sahibdir.
 
Tuareq xalqı kişilərə təhsil almağı yasaqlasa da, qadınlar təhsil almaqda sərbəstdirlər. Öz maddi imkanları hesabına çadır tikə bilməyən xanım isə oxuya bilməz.
 
Nigeriyada yaşadıqları vaxt seçkilərdə kimlərin səs verəcəyini də qəbilə başçısı olan xanımlar müəyyənləşdirir. Dəvəsi olmayan kişilər ümumiyyətlə seçkilərdə iştirak edə

bilməzlər.