Borçalılar Zəlimxan Məmmədlini qovdular

“Borçalı” Cəmiyyətində sədr seçkisi - QURUMUN YENİ SƏDRİ KƏRƏM MƏMMƏDLİ OLDU

İyunun 25-də Beynəlxalq Mətbuat Mərkəzində “Borçalı” İctimai Cəmiyyətinin (Birliyinin) növbədənkənar ümumi yığıncağı keçirilib. Hurriyyet.org xəbər verir ki, 250 nəfərə yaxın Borçalı əsilli ziyalı, elm adamı və tanınmış şəxslərin iştirakı ilə keçirilən toplantı “Borçalı” Cəmiyyətinin təsisçiləri – Eyvaz Borçalı, Hidayət Nuriyev və Şərif Kərimlinin müraciəti əsasında baş tutub.

Toplantıda cəmiyyətin son 7 illik fəaliyyəti (2009-2016) müzakirə olunub. Çıxış edən şəxslərin hər biri ötən 7 il ərzində “Borçalı” Cəmiyyətinin öz nizamnaməsinə və mövcud qanunlara zidd fəaliyyət göstərdiyini qeyd ediblər. Onlar təşkilatın rəhbərliyini “Borçalı” Cəmiyyətini siyasi proseslərə və şəxsi maraqların təmin olunmasına alət etməkdə, o cümlədən Azərbaycan və Gürcüstan hakimiyyətinə qarşı əsassız yerə müxalifətçilik etməkdə ittiham ediblər. Bu səbəbdən də çıxış“Borçalı” Cəmiyyətində sədr seçkisi - QURUMUN YENİ SƏDRİ KƏRƏM MƏMMƏDLİ OLDU edən əksər ziyalılar cəmiyyətin sədri Zəlimxan Məmmədlinin fəaliyyətinə xitam verilməsini və qurumun icra orqanının yenidən formalaşdırılmasını təklif ediblər.

Odur ki, çıxışların sonunda yığıncağın sədri Eyvaz Borçalı deyilən təklifləri nəzərə alaraq, sədrin fəaliyyətinə toplantı iştirakçılarının qiymət verməsini istəyib. Nəticədə yekdilliklə Zəlimxan Məmmədlinin sədrlik fəaliyyətinə xitam verildi və “Borçalı” Cəmiyyətinin yeni rəhbərliyinin seçilməsi qərara alınıb.

Cəmiyyətin yeni sədrliyinə 5 nəfərin – Kərəm Məmmədli, Vahid Qurbanov, Asif Ozan, Firuddin İsmayılov, Müşfiq Borçalı və Musa Nəbioğlunun namizədliyi irəli sürülüb. Adı çəkilən şəxslərdən 4 nəfər Kərəm Məmmədlinin xeyrinə seçkidən çəkilsə də, Vahid Qurbanov sədrlik uğrunda mübarizəni davam etdirib. Beləliklə, yığıncaq iştirakçılarının əksəriyyətinin dəstəyi ilə tarixçi alim Kərəm Məmmədli “Borçalı” Cəmiyyətinin yeni sədri seçilib. Daha sonra cəmiyyətin 33 nəfərdən ibarət Ağsaqqallar Şurası, 21 nəfərdən ibarət İdarə Heyəti, 3 nəfərdən ibarət Nəzarət Təftiş Komissiyası formalaşıb.

Yığıncağın yekununda ümumi qərar elan olunub.