“Borçalı” Cəmiyyəti keçmiş sədrin əməllərini qınadı

 
“Zəlimxan Məmmədlinin “Borçalı” İctimai Cəmiyyəti adından hər hansı tədbir keçirməsi yolverilməzdir”
 
Bu gün saat 15:00-da “Borçalı” İctimai Cəmiyyətinin keçmiş sədri Zəlimxan Məmmədli və bir qrup tərəfdarı Elat Bayramına buraxılmamaları ilə bağlı mətbuat konfransı keçirəcək.
Bu tədbirin “Borçalı” İctimai Cəmiyyəti adından keçirilməsi cəmiyyətin yeni rəhbərliyinin etirazına səbəb olub.
Xatırladaq ki, “Borçalı” İctimai Cəmiyyətinin iyunun 25-də keçirilən növbədənkənar ümumi yığıncağında Z.Məmmədli və cəmiyyətin İdarə Heyəti üzvlərinə etimadsızlıq göstərilib. Bu baxımından, təşkilatın yeni rəhbərliyi məlum qrupun “Borçalı” İctimai Cəmiyyəti adından hər hansı tədbir keçirməsinin yolverilməz olduğunu və sözügedən mətbuat konfransının “Borçalı”ya heç bir aidiyyatı olmadığını bəyan edib.
Qeyd edək ki, bəyanatı “Borçalı” İctimai Cəmiyyətinin Mətbuat Xidməti yayıb.