Bolşevik Azərbaycanı və Kazım Qarabəkir Paşanın Şərq səfəri zamanı Naxçıvan+ARXİV

Baxış sayı: 
134

 
Kazım Qarabəkir Paşanın 06 iyun 1920-ci ildəki hərbi hərəkatın başladılması yönündəki təklifi hökumət tərəfindən uyğun görülmüş və eyni gün Mustafa Kamal Paşa lazımi hazırlıqların tamanlanmasını Kazım Qarabəkir Paşaya bildirmişdi. Hazırlanan planlar; Naxçıvan Bölgəsi Komandanlığı, İğdır, Vedi və Dəvəli bölgəsində müşahidə hücumu edərək düşməni təsbit etməli, fəqət, Zəngibasarda erməni hücumu olmadıqca hərəkətsiz dayanılmalı idi. 09 iyunda Gəncədə bolşeviklərə məğlub olan Nuru Paşa, əmrindəki Azərbaycan Süvari Alayı ilə bərabər İran üzərindən Ərzuruma gəlmişdi. Bu qüvvələr bir batareya və dörd makinalı tüfənglə bərabər Naxçıvan hərbi birliyinə qatılmışdılar...
 
Əvvəli BURADA
 
Bakı və Gəncə bolşeviklərin əlinə keçəndə Naxçıvana gəlmiş olan bəzi Azərbaycan hərbi birləşmələri və xüsusilə Baş qərargah rəisi General Həbib Səlimovun təbliğatının təsiri ilə Naxçıvanın bəzi tanınmış hörmətli adamları və zənginləri bolşevik olamayn erməni hökuməti ilə uzlaşma yolları axtarmağa başladılar. Onsuz da Səlimov bir tabor və bir batareyadan ibarət Azərbaycan birləşmələri ilə Naxçıvan milislərini Türkiyədən gedən birliklərdən ayrı olaraq öz rəhbərlyinə almağa çalışmışdı. Bu davranışlardan dolayı Naxçıvanda iki tirəlik meydana gəldi. Türkiyə əleyhinə olan propaqandalar da xalqın düşüncəsini bulandırmağa balşadı. Bu zaman Naxçıvanda idarəçiliyi və hərbi işləri əlində tutan kapitan Xəlil öz istəyi ilə vəzifədən götürülmüş və yerinə mayor Əli Teymur təyin edilmişdi. Kapitan Xəlil ilə Ordubad bölgəsi komandiri baş leytenant Ədib də Türkiyəyə qayıtmışdı. Sədərək, Şərur, Naxçıvan və Ordubad milis qüvvələrinin, Həbib Səlimovun Azərbaycan taboru ilə Azərbaycan Süvari Alayı və topçu batareyasının komandiri qərargahı Naxçıvan olmaqla mayor Əli Teymur idi. Ancaq Naxçıvan milisləri Naxçıvanlı polkovnik-leytenant Kəlbəli Xan ilə general Həbib Səlimovun əmrləri ilə hərəkət edirdilər. Ərazi idarə etməsini yaxşı bilən 11-ci Qafqaz tümen rəhbəri mayor Veysəl də 09 iyul 1920-ci ildə Naxçıvan bölgəsi müfəttişi olaraq Naxçıvana göndərildi.
Naxçıvanda daxili narahatçılığın artdığı bir zamanda ermənilər 1700 piyada, 8 top və bir zirehli qatarla Zəngibasar Milli Şura Hökumətinə qarşı hücuma keçdilər. Bu hücuma qarşı aralarında Türkiyədən gələn qüvvələrin də olduğu Zəngibasar Şura qüvvələri bir neçə dəfə erməniləri geri püskürtsələr də, əlavə qüvvə alan ermənilər təkrar hücum etdilər. 11-ci Qafqaz tümeni tərəfindən Zəngibasara göndərilən 1-ci taborun iki piyada bölüyü ilə Milli Şura qüvvələri Uluxanlıda üstün olan erməni qüvvələrinə məğlub olaraq Arazın cənubuna çəkilmək məcburiyyətində qaldılar. Buna görə də Zəngibasardan 40-50 kənd camaatı köç etdirildi. Bu vəziyyət Vedi, Şərur və Naxçıvan tərəfində motivasiyanın pozulmasına səbəb oldu.
2000 nəfərlik qüvvə ilə Çulu da işğal edərək Naxçıvana doğru hücuma keçən erməniləri dayandırmaq üçün bölgə komandiri mayor Əli Teymur Naxçıvandan gələn leytenant Cəmilin başçılığındakı qüvvələri bura cəlb etdi. Bu sayədə 25 şəhid verərək çəkilən milislər Mezreç-Emiç xəttində təqviyyə edilərək ermənilərin qarşısı alındı. Bu vəziyyət qarşısında Doğubəyazıddakı 11-ci Qafqaz tümen komandiri Naxçıvanın Vedi cəbhəsindən hücuma məruz qala biləcəyini ehtimal edərək 18-ci alayın 1-ci taborunu 01 iyul 1920-ci ildə Doğubəyazıddan Şahtaxtına göndərdi. Eyni gün Mezret-Emiç xəttindəki ermənilərə qarşı hücum edildi və ermənilərin geri çəkilməsinə nail olundu. Elə bu vaxt Qızıl Ordunun Gerusdan görünməyə başlaması Naxçıvanı ermənilərin daha böyük hücumlarından qorudu.
11 iyul 1920-ci ildə milis qüvvələri mayor Əli Teymurun toplanma əmrini yerinə yetirmədən ani bir hücumla Vedi bölgəsində hücuma keçdilər və Qaralar-Alməmməd xəttini işğal etdilər. Böyük Vediyə göndərilən Şərur taburu ermənilərlə qarşılaşmadan dağıldı. Bu səbəbdən 34-cü alayın 1-ci taboru Dəvəlinin şimal-şərqinə çəkildi. Naxçıvan bölgə müfəttişi mayor Veysəl cəbhədən aldığı xəbərlərdən sonra Naxçıvandan Naxçıvan milli taborunu, Azərbaycan piyada bölüyünü və Türkiyədən gələn Naxçıvan inzibati bölüyünü Dəvəliyə göndərdi. Ancaq bu birliklər hədəfə çatmadan daha əvvəlki birliklərin hərəkətinə uyğun olaraq geri çəkildilər.
Ermənilər 14 iyul 1920-ci ildə Dəhnə Boğazına hücum etdilər. 18-ci alay 1-ci tabor 3-cü bölüyü ilə 34-cü alay 1 tabor 1-ci bölüyünün də geri çəkilməyə məcbur qalması ucbatından Dəhnə Boğazı ermənilərin əlinə keçdi. Bunu görən Şərur xalqı tüz bir zamanda bölgəni boşaldaraq köç etdi və milisləri də arxalarınca sürüklədi. Burada top üstünlüyü erməniləri müvəffəq olmağa apardı. Ayrıca Türkiyə əleyhinə aparılan propaqandalar və yaranan iki tirəlik ucbatından ermənilər qalib oldular. Halbuki daha əvvəllər Vedi milisləri erməni qüvvələrini dəfələrlə məğlub edərək İrəvana qədər qovmuşdular.
Dəhnə boğazı məğlubiyyətini görən Türkiyə ordu birlikləri Şahtaxtında toplanan qüvvələrə qatıldı. Mayor Veysəl Şahtaxtının şimalındakı təpələrdə ön müdafiə xətti qurdurdu. Milis qüvvələri də daxil bütün qüvvələri toplayıb nizamlamağa çalışdığı bir vaxtda Naxçıvan Şura hökuməti ilə İrəvan hökuməti arasında atəşkəs müzakirələri aparılırdı. Son müharibələrdə üstünlüyü ələ keçirən ermənilər Müdafiə nazirlikləri vasitəsi ilə 18 maddəlik bir ultimatum verdilər. Buna görə Naxçıvan Şərur və Ordubad müsəlmanları erməni hökumətinin erməni kökənliliyini və ərazilərini də eyni hökumətin bir parçası qəbul etməli idilər. Buna qarşılıq Naxçıvan Şurası Dəhnə Boğazından Ordubada qədər olan Naxçıvan torpaqlarında muxtariyyətin qəbul edilməsini şərt qoydu. Bu təhlükəli oyundan xəbərdar olan Türkiyənin 11-ci Tümen Komandiri polkovnik-leytenant Cavid bəy Naxçıvan Hökuməti başqanına xəbərdarlıq məktubları yazdı və Naxçıvanda iki tirəlik yaradan general Həbib Səlimovun Türkiyəyə getməsini tələb etdi.
Uzun müddətli bir mücadilənin olacağını təxmin edən polkovnik-leytenant Cavid bəy 14 iyul 1920-ci ildə mayor Veysələ konkret müharibə aparılması üçün birliklərin Körpübaşını müdafiə etməsini, Şahtaxtında ciddi müharibə olarsa Doğubəyazıdla əlaqə qurulacaq şəkildə qərbə çəkilməsini tələb etdi. Mayor Əli Teymurun da Türkiyə əsgərləri və milis birlikləri ilə Naxçıvan, Culfa və Ordubad bölgələrini müdafiə etməsini əmr etdi. Bu vəziyyəti görən Şahtaxtında mərkəzi rəhbərliyi mayor Veysəl öz öhdəsinə götürdü. Mayor Veysəlin istədiyi 34-cü alayın 2-ci taboru ilə bir makinalı tüfəng bölüyü Təzəkənd keçidi ilə Şahtaxtı körpüsü yaxınlığındakı Ərəblər kəndinə gəlmişdi.
Ermənilər topçu və zirehli qatarın köməyi ilə 2000 piyada və 200 süvari ilə 23 iyulda hücuma keçdilər. Baş verən qanlı döyüşdə çətinliklə də olsa ermənilər 25 iyulda Şahtaxtını işal etdilər. Türkiyə birlikləri və milislər ilə Azərbaycan Süvari Alayı Arazın cənubuna keçməyə məcbur oldular.       Bu ərəfədə Moskvadakı Türk təmsilçi Xəlil Paşa 28-ci Qızıl Tümenə aid olan Süvari Tuqayına mənsub 1-ci Kuban Kazak Alayı ilə bərabər Naxçıvana gəlmişdi. Xəlil Paşanın təsiri ilə Qızıl Tuqay komandiri ermənilərdən Şahtaxtından çəkilməyi və Naxçıvana nümayəndə göndərmələri tələb edildi. Ermənilər Naxçıvan Milli Şura Hökumətinin təslim olmağı üçün 31 iyul 1920-ci il tarixə qədər vaxt vermişdilər. Bu vəziyyət qarşısında Türkiyə, Şərq Cəhbəsi Komandanlığından bir piyada taboru və bir batareyadan ibarət qüvvəni Naxçıvana göndərərək Xəlil Paşanın əmrinə verdi. Bu sayədə Naxçıvana kömək gəlmişdi. Daha sonra 28 sentyabrda Türk qüvvələri Şərq Cəhbəsindən ermənilərə qarşı hücuma keçdilər və erməniləri məğlub etdilər. Kazım Qarabəkir Paşanın rəhbərliyi altında yürüdülən Şərq səfəri zamanı 08 noyabr 1920-ci ildə Şahtaxtı xilas edildi. Ermənilər də Dəhnə-Sədərək xəttinə çəkildilər.
Türkiyədən göndərilən hərbi birləşmələrdən təşkil edilən Naxçıvan hərbi qüvvələrinin 11 avqust 1920-ci ildəki vəziyyətinə dair cədvəl.
 
Ankara Hökumətinin Diplomatiyası və Naxçıvanın statusunun müəyyn edilməsi
 
Anadoluda Milli Qurtuluş mücadiləsinin təşkilatlanmağa başladığı Ərzurum konqresi prosesində nümayəndə olaraq ingilislərin ləğv etdikləri Cənubi-Qərbi Qafqaz hökumətinin xarici işlər naziri Fəxrəddin bəy ilə Cənubi-Qərbi Qafqaz hökuməti Ardahan rəhbəri Rasim bəy Ərzuruma göndərilmişdilər. Maltaya sürgün edilənlər arasında olan Fəxrəddin bəyin tutulub ingilislərə təslim edilməsi barədə Sədrəzəm Damad Fəriddən Ərzurum Valisinə teleqraf gəlmişdi. Konqresin toplanması üçün bir maneə olmasın deyə Mustafa Kamal Paşa Fəxrəddin bəyə konqres heyəti arasında görünməməsini söylədi. Mustafa Kamal Paşa Fəxrəddin bəyə “Dərhal təşkilatınızın üstündə olmaq üçün gediniz və Azərbaycanla bizim aramızdakı xəbərləşməni təmin ediniz” demişdi. Ayrıca Ərzurum Konqresi tərəfindən doktor Fuat Sabit bəy Bakıya göndərilmişdi.
Milli Mücadilənin güclənməsindən, Ankarada Milli Məclisin açılması və qurulmasından sonra bu hökumət Antanta dövlətlərinə qarşı siyasi və hərbi sahədə yardım ala biləcəkləri Sovetlərlə təmasa keçmişdi. Türk nümayəndə heyətinin Moskvaya çatmasından qısa bir müddət sonra Sovetlər 10 avqust 1920-ci ildə erməni daşnaq hökuməti ilə bağladıqları müqavilə ilə tamamilə türklərin yaşadığı Naxçıvan kağız üstündə ermənilərə verilmişdi. Bundan əlavə, Şahtaxtı-İrəvan-Culfa dəmiryolu da erməni nəzarətinə buraxılmışdı. Hər nə qədər ermənilərin tələb etdiyi Zəngəzur, Naxçıvan və Sadaqlı bölgələrinin Azərbaycan ilə Ermənistan arasında sülh yolu həll ediləcək və bu bölgələrin Qızıl Ordu nəzarətində olacaq müqavilədə qeyd edilsə də, ermənilər Qızıl Ordu birliklərini Zəngəzurdan çıxarmışdılar. Naxçıvan da Türkiyədən gələn hərbi birliklərin köməyi ilə erməni təcavüzündən qurtulmuşdu. Eyni zamanda Sovetlər, Türk-Sovet görüşmələri prosesində Van və Bitlisin də ermənilərə buraxılması yönündə təkliflər irəli sürərək niyyətlərinin Naxçıvanın qərbindəki ərazini ermənilərə verməklə Türkiyə ilə Naxçıvanın əlaqəsini tamam kəsmək və Naxçıvanı erməni insafına buraxmaq olduğu ortaya çıxdı. Sovetlərin ermənilərə qarşı sərgilədikləri tərəfkeş siyasətə türk nümayəndə heyəti tərəfindən sərt reaksiya verildi.
Azərbaycan hökuməti əzasından Behbud Şahtaxtinski, Stalin və türk nümayəndə heyətinin qarşısında Naxçıvanın Türkiyə ilə heç bir bağlılığı olmaması və Naxçıvanın Rusiyanın malı olduğu və Rusiyaya verilməli olmasını demişdi. Rza Nurun bildirdiyinə görə, Azərbaycan nümayəndəsinin bu niyyəti Türk-Sovet uzlaşmasında Naxçıvanı müstəqil hala gətirərək sovetlərə daxil etmək idi. Fəqət, başda erməni Qaraxan olmaqla Sovetlərin niyyəti isə Qars da daxil olmaqla ermənilərin lehinə faydalar təmin etmək idi.
Ermənilər tərəfindən Zəngəzurun ələ keçirilməsindən sonra Azərbaycan Cumhuriyəti ilə siyasi sərhədləri qopan Naxçıvan erməni təhdidi altına girmişdi.
Bütünlüklə türklərdən ibarət olan Naxçıvanın Ermənistana verilməsi Türk nümayəndə heyəti tərəfindən əngəlləndi. 16 mart 1921-ci ildə Türk-Sovet müqaviləsi ilə Naxçıvanda muxtar bir status yaradılması qərarlaşdırıldı. Buna görə Naxçıvan torpaqları Araz-Talvas çizgisinin şərqi ilə Tanqa Dağı-Veli Dağ-Bağırsaq Kömürlü Dağ çizgisi arasında sıxışmış üçbucaq hissəsində bu torpaqların Kömürlü dağdan başlayıb Saray Bulaq-Ararat stansiyasından keçərək Qarasunun Araz ilə birləşdiyi yerdə bitən çizgi içində qalan bölgə idi. Naxçıvan üçüncü bir ölkəyə buraxılmamaq şərti ilə muxtar status verilərək Azərbaycana buraxıldı. Daha sonra Moskva müqaviləsinin Ermənistan, Gürcüstan və Azərbaycan tərəfindən də təsdiqi üçün təşkil edilən Qars Konfransının yekununda imzalanan sülh razılığı ilə (13 oktyabr 1921) Naxçıvan məntəqəsinin Azərbaycanın himayəsində muxtar bir ərazi olduğu Ermənistana da qəbul etdirildi.
Qarsdakı sülh müzakirələri edilərkən Türkiyə baş nümayəndəsi Kazım Qarabəkir Paşa Azərbaycana buraxılan Naxçıvan ilə gürcülərə buraxılan Batuminin statusunun tam olaraq təsbit edilməsinə səy göstərdi. Azərbaycan nümayəndəsi Behbud Şahtaxtinski Naxçıvanın Azərbaycana qatılmasından ötrü verilən muxtariyyətin çox olduğunu söyləmişdi. Bu yeni quruluşa görə Naxçıvanda xalq komissarlarından ibarət bir məclis qurulmalı, rəsmi dairələrdə dil rus dili olmalı, fəqət sonra milliləşməli idi. Maliyyəsi isə Azərbaycandan təmin edilməli idi. Nigah, boşanma və digər dini müəssisələr isə əvvəlki kimi sərbəst qalmalı idi.
Bu öhdəliklərlə yetinməyən Kazım Qarabəkir Paşa Naxçıvana tanınan muxtariyyətdən xalqı xəbərdar etmək üçün rus və Azərbaycan nümayəndələrinin bəyanatlarını elan etməyi və xalqa bildirməyi bu ölkələrə qəbul etdirmişdi.
Beləliklə, Zəngəzurun ermənilərə verilməsi ilə I Dünya müharibəsinin sonunda yenidən yaradılan Azərbaycanın ana torpaq parçası ilə bağlantısı qoparılan Naxçıvanda İran, Türkiyə və Ermənistanla əhatə olunmuş Muxtar Respublika quruldu. Bu tarixdən günümüzə qədər də Naxçıvan Muxtar Respublikası Azərbaycana bağlı olaraq qalmışdır.
 
NƏTİCƏ
 
Cənubi Qafqazda hakimiyyət qurmaq istəyən Rusiya 1827-ci ildə Naxçıvan Xanlığına son verərək bu xanlığı işğal etmişdi. I Dünya Müharibəsinin axırlarına qədər Rusiyanın işğalında qalan Naxçıvanı Osmanlı ordusu ermənilərin işğalına qarşı hərəkətə keçərək 20 iyul 1920-ci ildə xilas etmişdir. Daha sonra Naxçıvan Osmanlı idarəçiliyinə daxil edilərək sabitlik və təhlükəsizliyin tam olaraq təmin edilməsinə çalışılmışdır.
Antanta dövlətlərinin basqısı ilə Osmanlı ordularının çəkilməsi məcburiyyəti yarandıqda bölgə xalqının istəkləri qarşısında Osmanlılar silah, sursat, zabit, əsgər və mülki məmur yardımı etmişdir. Naxçıvan türkləri Araz Türk Hökumətini quraraq öz idarəçiliklərini təsis etmişlər və erməni işğalına qarşı göstərdikləri mücadilədə uğurlu nəticə əldə etmişdilər. Osmanlı Ordusunun Qars, Ardahan və Batumidən çəkilməyə məcbur qalması bölgədə yeni və güclü bir hökumətin qurulmasını zəruri etmiş və bunu dərk edən Araz Türk Hökuməti əvvəlcə Milli Şura Hökumətinə, sonra isə Cənubi-Qərbi Qafqaz Hökumətinə qatılmışdır. Türkiyə ilə Qafqaz və Türkistandakı türklər ilə digər müsəlmanlar arasında körpü olduqlarını şüurlu olaraq dərk edən, Konstitusiyası, Parlamenti, Prezidenti və hökuməti ilə tam bir dövlət olan Cənubi-Qərbi Qafqaz dövləti ingilislər tərəfindən güc zoru iə dağıdılmışdır. Bölgəni ələ keçirən ingilislər Naxçıvanı da ermənilərə təslim etmişdilər.
Ermənilərin Naxçıvanda zülüm edərək və ya sürgün edərək bölgəyə tamamilə hakim olmaq istəklərini görən naxçıvanlılar Ərzurumdakı 15-ci ordu komandanı Kazım Qarabəkir Paşadan yardım istəmişlər. Hələ Anadoluda milli mücadilənin formalaşması mərhələsində olmasına baxmayaraq, Kazım Qarabəkir Paşa əsgər və zabitlər göndərərək Naxçıvanda dirənişi gücləndirmiş və xalqı zülümdən qurtarmşdır. Sonra həyata keçirilən Şərq səfəri ilə də Naxçıvan erməni qüvvələrindən tamamilə təmizlənmişdir.
Naxçıvan xalqının da qatıldığı müharibələr ilə qurtarılan bölgə Sovetlər tərəfindən stol ətrafında ermənilərə verilmək istənmişdir. Fəqət, Moskvada səfərdə olan Ankara Böyük Millət Məclisi Hökumətinin nümayəndələrinin müdaxiləsi nəticəsində buna əngəl olunmuşdur. 16 mart 1921-ci il Türk-Sovet müqaviləsi (Moskva) ilə Naxçıvanın Azərbaycandan başqa bir dövlətə bağlanmaması şərti ilə muxtar idarəçilik formasına sahib olaraq Azərbaycana bağlanması qəbul edilmişdir. Daha sonra Qars Konfransında Naxçıvanın bu statusunun Ermənistan tərəfindən də qəbul edilməsi təmin edilmişdir.
Türkiyə, ermənilərin işğalına qarşı I Dünya Müharibəsinin sonunda idarəçiliyi altına aldığı Naxçıvanın Moskva və Qars müqavilələri ilə Azərbaycandan başqa üçüncü bir ölkəyə bağlanmayacağını qərar altına alaraq SSRİ dövrü də daxil günümüzə qədər Naxçıvanın statusunun müəyyən edicisi olmuş və bir qarantor ölkə statusunda müqavilələri imzalamışdır. Türkiyə könüllü olaraq Azərbaycana buraxdığı Naxçıvanın Azərbaycandan başqa bir ölkəyə buraxılmayacağını beynəlxalq müqavilələrlə qarantiya altına aldıraraq Naxçıvanın bügunki statusunun yaranmasını və davamını qarantiya altına almışdır.

Загрузка...
Загрузка...