Boksçumuz qızıl medal qazandı

Türkiyənin Samsun şəhərində boks üzrə Avropa Olimpiya Təsnifat Turniri davam edir.
Turaninfo.az Apasport.az saytının məlumatına görə, Rioya lisenziyanı təmin edən dünya çempionumuz Cavid Çələbiyev bu gün final görüşünə çıxıb.
 56 kq çəki dərəcəsində döyüşən həmyerlimiz ilk pilləni tutmaq uğrunda Böyük Britaniyanı təmsil edən Qais Aşfaqla mübarizə aparıb. Çələbiyev hər 3 raundda rəqibindən güclü olub – 3:0 (30:27; 30:26: 30:27).
 Nəticədə Azərbaycan təmsilçisi qızıl medal qazanmaqla, fəxri kürsünün ilk pilləsinə yüksəlib.