Boinq heyəti İranla danışığa gedir

Aviasiya nəhəngi “Boinq”in nümayəndə heyəti İrana səfər edəcək.
Axar.az İRNA-ya istinadən xəbər verir ki, səfərin məqsədi əməkdaşlıq məsələlərini müzakirə etməkdir.
Verilən məlumata görə, əsas müzakirə mövzusu İran aviaşirkətləri ilə əməkdaşlıq mexanizmləri olacaq.
Görüşün Tehranda keçiriləcəyi açıqlansa da, Amerika şirkətləri İran Hava Yollarının təmsilçiləri ilə danışıqların baş tutacağı tarixi dəqiq açıqlamır.