​Böhran Nəqliyyat Nazirliyini də çökdürdü: Nazir ixtisarlara başladı - Təcili

 
Nəqliyyat Nazirliyində köklü islahatlar həyata keçirilir
 
Politika.Az-ın xəbərinə görə, nazir Ziya Məmmədov bir sıra şəxsləri işdən azad etmək tapşırığı verib. Nazirlikdə çalışan əməkdaşların sayının azaldılması qərara alınıb. İqtisadi böhrana görə kütləvi ixtisarlar aparılıb.
 
Prezidentin 2015-ci il sentyabrın 12-də imzaladığı fərmanla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi, taksi minik avtomobilləri ilə sərnişin daşınmasını həyata keçirən sadələşdirilmiş vergi ödəyicilərinə məxsus nəqliyyat vasitəsinə “fərqlənmə nişanı” verilməsi səlahiyyətləri Nəqliyyat Nazirliyinin tərkibindən çıxarılaraq ASAN Xidmətə verilib.
 
Buna görə də xeyli sayda işçi azaldılıb. Qeyd edək ki, sonuncu fərmanda nəzərdə tutulan hallara nəzarəti əvvəllər nəqliyyat müfəttişləri həyata keçirirdi.
 
Sərnişindaşıma ilə məşğul olan avtobus və taksi sürücülərinin nəqliyyat müfəttişlərinin fəaliyyətindən narazı qalması da hər kəsə məlumdur.
 
Onların qanunazidd fəaliyyətləri barədə mətbuatda nə qədər istəsən video, reportaj tapmaq mümkündür. Bu baxımdan nazirliyin fəaliyyəti ilə bağlı əsas narazılıq yaradan bir qurumun səlahiyyətlərinin əlindən alınması ictimaiyyətdə müsbət qarşılanıb.
 
Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov hələ ötən il ixtisarlar olacağını bildirmişdi: “5-10 nəfər yox, yüzlərlə adamdan söhbət gedir. Bu qədər insanın taleyi birdən-birə həll olunanda məsələyə ehtiyatla yanaşılmalıdır.
 
Politika.Az-ın xəbərinə görə, hazırkı vəziyyət və büdcə müzakirələrindən sonra nazirlikdı yenidən ixtisarların aparılması qərara alınıb. Ölkədə postneft dövrünün başlanması bütün dövlət strukturlarında ixtisarları şərtləndirib.
 
Hakimiyyət artıq böhranın dərinləşməsinin qabağını kompeks şəkildə ala bilmir. İqtidar düşərgəsində inflyasiyanın qarşısını ala biləcək güclü komanda ola bilmədiyi üçün artıq ixtisarlar dövlət strukturlarına da siraət edib.
 
Nazirliklərdə çalışan xeyli sayda işçi könüllü şəkildə istefa ərizəsi yazmağa məcbur edilir. Yanvardan bu ixtisarlar daha da kütləvi xarakter alacağı bildirilir.
 
Qaynağımız vurğulayır ki, postneft dövründə qeyri-neft sektorunun inkişafı gücləndirilməlidir. Prezident İlham Əliyev də bu sektora təkan verir və müsbət islahatlar həyata keçirir.
 
Yaxın aylarda və 2017-ci ildə neftin bahalaşması da gözlənilmir. Ölkədə sürətlə kütləvi işsizlik yaşanır, bank və maliyyə sektoru çökür, ticarət sahələrində durğunluqdur, özəl və dövlət sektorunda ixtisarlar baş alıb gedir.

Загрузка...
Загрузка...