​“Böhran dərinləşəcək, bir çox dövlət məmurları həbs olunacaq”- Astroloqdan 2017-ci il proqnozu

 
Hillari Klinton ABŞ prezidenti seçilsəydi, dünya müharibəsi başlanacaqdı.
 
Bu barədə bir sıra ünlü astroloqlar proqnozlar vemişdi. Astroloq Nadim Alxanov da Klintonun seçiləcəyi təqdirdə dünya savaşı çıxacağını bildirmişdi. Shefeq.az saytına açıqlamasında ekstrasens Nadim Alixanov iddia etmişdi ki, Hillari prezident olduqdan sonra III dünya müharibəsi başlayacaq: “Hillari Klinton Hitlerin qadın formasıdır.  Müharibə müsəlmanlar arasında olacaq.
 
Və dini parçalanma  gözlənilir. Sünni- şiə davalarının olacağını görürəm".
 
“Ziya Məmmədov işdən çıxarılacaq”
 
Astroloq Azərbaycanla bağlı da proqnoz verib: “2017- 2018-ci illər Azərbaycanda sıxıntılı illər olacaq. İnsanlar ayağa qalxacaq, böhran  olacaq. Bir çox dövlət məmurları işdən çıxarılacaq, həbs olunacaq. Ziya Məmmədov işdən çıxarılacaq.  Qafqaz üzrə Rusiya, İran, Türkiyə, Dağıstan, Azərbaycanda daxil atışmalar, qırğınlar, terrorlar başlanacaq. Hökumətdə də bir çox dəyişikliklər olacaq. 2017 -ci ildə Azərbaycanda təyyarə qəzası olacaq və ölümlər görünür. Qarabağ müharibəsinə də çox az qalıbdır.  5-6 ay ərzində müharibə başlanacaq. Aprel döyüşləri kimi deyil, daha kəskin müharibə olacaq".
 
“Azərbaycan təklənəcək”
 
Nadim Alixanov  bildirir ki,  dünyada ən yadda qalan müharibələrdən biri də Azərbaycan-Qarabağ müharibəsi olacaq.  Rusiya və Amerikanın Azərbaycana heç bir köməyi olmayacaq.  Ölkəmiz çox təklənəcək buna görə də ehtiyatlı olmalıyıq.
 
Ekstrasens iddia edir ki, Qarabağ müharibəsi  Rusiya və Türkiyə arasında yenidən soyuqluq yaradacaq:  “Ərdoğanın prezidentlikdən getməsinə də az müddət qalır.  Türkiyədə yaxın günlərdə qanlı hadisələr baş verəcək. Hətta buna İran da qoşulacaq. 2017-ci ildə  müharibələr olacaq. Və bunların hər biri oyundu. Başlıca məqsəd dünyada insanların azalmasıdır".