​Bəkir Bozdağ: 'ABŞ səfirinə öyrədərik'

 
ABŞ-ın Ankaradakı səfiri bunu öyrənə bilməyibsə, səbrlə ona öyrədərik. Nə də olsa, baş müəllimimizdir, dünyanın ən yaxşı müəllimidir.
 
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ ABŞ-ın tənqidlərini şərh edərkən deyib.
 
O, Türkiyənin müstəqil, güclü və böyük bir dövlət olduğunu xatırladıb:
 
“Türkiyənin qanunlarını heç bir ölkədən icazə almadan, xalqın iradəsi ilə seçilmiş Milli Məclis üzvləri təyin edir. Türkiyə qanun qəbul edərkən heç bir ölkənin təklifinə, müdaxiləsinə icazə verməz, verə bilməz. ABŞ-ın Ankaradakı səfiri bunu öyrənə bilməyibsə, səbrlə ona öyrədərik. Nə də olsa, baş müəllimimizdir, dünyanın ən yaxşı müəllimidir”.
 
Xatırladaq ki, ABŞ Türkiyədə bələdiyyə sədrlərinin seçkilər keçirilmədən təyinatını tənqid etmişdi.