Bjezinski: “Peyğəmbərlik eləmək istəmirəm, ancaq Putin Azərbaycana hücum edəcək..."

Bjezinski: “Peyğəmbərlik eləmək istəmirəm, ancaq Putin Azərbaycana hücum edəcək..."“Rusiya prezidenti Vladimir Putin aqressiv siyasətini çətin ki, Ukraynaya hücumla yekunlaşdırsın. Onun növbəti hədəfləri Baltik ölkələri, Moldova, Gürcüstan, Azərbaycan və Polşa ola bilər”.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə ABŞ prezidentinin keçmiş müşaviri Zbiqnev Bjezinski bəyan edib.
“Mən peyğəmbərlik eləmək və qara ssenarilər proqnozlaşdırmaq istəmirəm, ancaq risk var ki, əslində Rusiyanın təcavüzü Ukrayna ilə yekunlaşmayacaq. Putinin ardıcıl olaraq seçdiyi yolun analizi bunu təsdiq edir”- deyə Bjezinski bildirir.
Məşhur politoloqun sözlərinə görə, hadisələrin sonrakı inkişafı Ukraynadakı münaqişənin necə keçməsindən asılı olacaq: “Əgər Ukraynadakı müharibə Rusiyanın asan hərbi qələbəsi olacaqsa, o zaman Baltik ölkələrində də nəsə baş verəcəyini diqqətə almaq lazımdır. Növbəti qaynar nöqtələr Moldova, Gürcüstan və Azərbaycanda yarana bilər”.
ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik müşavirinin fikrincə bu ölkələrdən sonra növbə Polşaya çata bilər. Bjezinski deyib ki, Rusiya hazırda ekspansiv siyasət yürüdür və hər bir ssenari realdır.