Biznesmen qızı maşınıyla şəhəri qan gölünə çevirdi - Video/18+

 
01:23
 
Ukraynanın Xarkov şəhərində qadın sürücünün idarə etdiyi “Lexus” markalı avtomobili insanların üzərinə çırpılıb.
 
Teleqraf.com xəbər verir ki, nəticədə 6 nəfər ölüb.
 
Qəzanı törədən sürücü saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
***
 
Ukraynanın Xarkov şəhərində baş verən dəhşətli qəza ilə bağlı yeni məlumatlar üzə çıxıb.
 
Məlumatda qəzanın Xarkov Universitetinin tələbəsi, 20 yaşlı Alyona Zayçeva tərəfindən törədildiyi bildirilib.
 
O, Xarkovun tanınmış iş adamı “Tayfun qrupu” şirkətinin prezidenti Vasili Zayçevin qızıdır.
 
Bu arada, Ukrayna Daixli İşlər Nazirliyi qəza ilə bağlı rəsmi məlumat yayıb.
 
Nazirlikdən bildirilib ki, qəza nəticəsində 6 nəfər həlak olub, 5 nəfər ağır xəsarətlərlə Xarkov xəstəxanasına çatdırılıb. Qəzanın dəqiq səbəbləri araşdırılır.

Загрузка...
Загрузка...