​"Bizi öpən kimi gedib dodaqlarımızı yuyurduq" - Məktəbdə əxlaqsızlıq

 
Türkiyənin Ərzurum şəhərində ibtidai məktəbdə çalışan 52 yaşlı müəllim A.K.-nın 5-ci sinif şagirdlərinə - 10 qız və 1 oğlana cinsi təcavüz etdiyi iddia olunur.
 
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, barəsində 265 ilə qədər həbs cəzası istənilən müəllim şagirdlərin şikayətindən sonra saxlanılıb.
 
Olayla bağlı şagirdlər polisə ifadə verib. Qız şagirdlərdən biri "Davamlı olaraq, dodaqlarımızdan öpürdü. O qədər çox iyrənməyə başlamışdıq ki ,bizi öpəndən sonra dərhal dodaqlarımızı yuyurduq".