"Biz NATO-da qalsaq da Türk millətinə qarşı bu alçaqlığı qəbul etməyəcəyik”

 
 
“Türkiyə NATO-da üzvlüyünü davam etdirəcək”.
 
Moderator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu məlumatı baş nazirin müavini Bəkir Bozdağ verib:
 
“NATO vəzifəliləri Türkiyəyə qarşı olan qüvvələrin quruma təsir etməsinə, onun fəaliyyətinə mənfi təsir etməsinə imkan yaratmalı deyil. Türkiyəyə qarşı olan terror qruplaşmalarının NATO-dan istifadə etməsi mənfi haldır. Biz NATO-da fəaliyətimizi davam etdirəcəyik. Ancaq türk millətinə, dövlətinə, Qazi Mustafa Kamal Atatürkə və Rəcəb Tayyib Ərdoğana qarşı hücumu, alçaqlığı da qəbul etməyəcəyik”.
 
Qeyd edək ki, bir neçə gün öncə NATO təlimində Mustafa Kamal Atatürk və hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın şəkilləri hədəf kimi seçilmişdi.

Загрузка...
Загрузка...