“Biz dövlətin və ordunun yanındayıq”

Isveçdəki azərbaycanlılar Azərbaycana dəstək tədbiri keçirdilər
İsveç Krallığının Göteborg şəhərində yaşayan azərbaycanlılar son günlər Azərbaycanda yaşanan hadisələrlə bağlı “Dövlətə və orduya dəstək” adlı tədbir keçirilib. Bu barədə müsavat.com-a İsveçdə yaşayan həmvətənlərimiz məlumat verdi.
Toplantıda iştirak edən azərbaycanlılar bildiriblər ki, Azərbaycandan qürbətdə yaşasalar da, hər zaman ordu və dövlətin yanındadılar. Toplantıları iştirakçıları daha sonra Azərbaycanda şəhid düşmüş zabit və əsgərlərin ruhunu da bir dəqiqəlik sükutla yad ediblər.
Toplantıda çıxış edən Əfsanə Sulduz, ADP fəalı Orxan Hüseynov,  Müsavat Partiyasının üzvü Rasim Cabbarov,  ictimai fəal Tusi Kərimli, Kamil Cəfərov, ADP falı Turqut Rzayev və başqaları çıxışlarında bildiriblər ki, hər zaman dövlətin və ordunun yanındadır.
Tədbirin sonunda 5 nəfərdən ibarət təşkilat komitəsi yaradılıb. Komitə üzvləri bundan sonra da Azərbaycanın haqq səsini yaşadıqları İsveç, eləcə də dünya ictimaiyyətinə çatdırmağa çalışacaqlarını deyiblər.