​"Biz bu mövzuya çox ciddi yanaşırıq."

 
 
Turaninfo.az-ın türk mediasına istinadən verdiyi xəbərə əsasən, Türkiyə müdafiə naziri Fikri Işık bildirib ki, Suriya kürdlərinin özünümüdafiə qüvvələri əgər Suriyanın şimalında yerləşən əl-Bab şəhərinə yaxınlaşsalar, o zaman buna görə ağır cavab verəcəklər: “Əgər PYD döyüşçüləri Suriyanın şimalındakı kantonların birləşdirilməsi planlarından əl çəkməsələr, o zaman onlar buna görə çox ağır cavab verəcəklər. Rəsmi Ankara PYD qüvvələrinin əl-Baba yaxınlaşmasını istəmir. Xatırlada bilərəm ki, Türkiyə əl-Bab mövzusuna çox ciddi yanaşır. Bu hamıya məlumdur. PYD silahlıları əvvəllər də bu şəhəri tutmağa cəhd ediblər. Lakin onların bu addımı bir nəticə vermirdi.”, - deyə Işık bildirib.
 
Onun sözlərinə görə, “Fərat Qalxanı” əməliyatı böyük uğurla davam edir.