Biz Britaniya deputatlarını qova bilmərik

Avropa Parlamentinin(AP) britaniyalı deputatları Böyük Britaniyanın AB-dən çıxacağı günə qədər öz səlahiyyətlərini icra edəcək.
 
Axar.az xəbər verir ki, bu açıqlama ilə Avropa Parlamentinin spikeri Martin Şults çıxış edib.
 
Şultsun sözlərinə görə, britaniyalı deputatları istefa verməyə məcbur etmək olmaz:
 
“Onlar Britaniyanın AB-dən çıxacağı günə qədər Avropa Birliyinin bir hissəsidir. Bunu heç kim dəyişə bilməz”.