“Biz Bakını həmişəlik itirə bilərdik” – Əgər o, olmasaydı...

 
 
Sabir Rüstəmxanlı: “Paytaxtımızda ona abidə qoyulması vacibdir”
 
Sabiq millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı Moderator.az -a açıqlamasında Cümhuriyyətin 100 illiyi ilə bağlı atılması gərəkən addımlar sırasında Nuru Paşanın şərəfinə abidə qoyulmasının vacib olduğunu bildirib.
 
Onun sözlərinə görə, əgər Nuru Paşa olmasaydı, Bakı Azərbaycan üçün həmişəlik itirilə bilərdi:
 
“Bildiyiniz kimi, 1918-ci ildə Bakı erməni-bolşevik işğalından azad edildi və Cümhuriyyətin paytaxtı Gəncədən Bakıya köçürüldü. Nuru Paşanın rəhbərlik etdiyi ordu Bakıya daxil oldu. Bu tarixin əbədiləşdirilməsi vacibdir. Neçə illərdir ki, deyilməsinə baxmayaraq, bu, reallaşmayıb. Nuru Paşanın Bakıda abidəsinin qoyulması vacibdir. O, Bakının xilaskarı oldu. Əgər o, Bakını xilas etməsəydi, o zaman Bakı bəlkə də ümumiyyətlə Azərbaycanın ərazisi olmayacaqdı”.

Загрузка...
Загрузка...