​"Biz ABŞ-la birgə İŞİD-ə qarşı vuruşmağa hazırıq, amma bir şərtlə..." — Ərdoğan

 
26.09.2016 11:33 Bölmə: Dünya Oxunma sayı: 635
Türkiyə prezidenti Suriyada gedən prosesləri şərh edərkən ABŞ-Türkiyə münasibətlərinə aydınlıq gətirib.
 
Ölkə.Az xəbər verir ki, Türkiyə prezidenti ölkəsinin İŞİD-in paytaxtı sayılan Rakka şəhərinin azad olunması üçün əməliyyata hazır olduğunu bildirib.
 
Ərdoğan bunun üçün əsas şərtini açıqlayıb. Onun sözlərinə görə, türk ordusu ABŞ ordusu ilə birlikdə İŞİD-ə qarşı birgə əməliyyatda iştirak edə bilər, amma bunun üçün Vaşinqton PYD terror təşkilatı ilə əlaqələrini kəsməlidir.
 
ABŞ-ın rəsmi dairələrindən hələlik Ərdoğanın şərtinə reaksiya gəlməyib.