​Bitkoinin bahalaşmasının sirri nədir? – Şok səbəb

Baxış sayı: 
191

Bu gün bütün dünyanın ən çox müzakirə etdiyi mövzulardan biri də bitkoindir. Məsələni bilən-bilməyən, anlayan-anlamayan – hamı bitkoini müzakirə edir.
 
Axar.az xəbərverir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib. O bildirib ki, bu yatırıma inanmır:
 
“Bitkoin “şar”, gözəl düşünülmüş, görünməz, əla PR menecerləri olan qlobal piramidadır. İqtisadiyyatın qanunlarına görə, hər hansı bir malın-xidmətin dəyəri, əsasən, iki faktora – birincisi, onun maya dəyəri, ikincisi isə tələb-təklif münasibətinə bağlıdır. Bitkoinin dəyəri isə tək spekulyativ xəbər axınına əsaslanır, ancaq süni tələb artışı ilə yüksəlir. Xəbər axını bitkoinin qiymətində həlledici rol oynayır. Bu “valyuta” tərəfdarları bitkoinin qiymət artımına haqq qazandıracaq səbəblərdən biri kimi onu misal gətirirlər ki, müxtəlif məşhur brendlər artıq ödəniş kimi bitkoin qəbul edirlər. Ən məşhur arqumentlərdən biri də 2017-ci ilin yayından etibarən məşhur “Lamborghini” avtomobil şirkətinin öz maşınlaını həm də bitkoinlə satdığı ilə bağlı misalıdır”. İqtisadçı vurğulayıb ki, əslində məsələ çox sadə və dahiyanədir:
 
“Son 1 ildə dünya mediasında keçirilən kontent-analizə görə, ən çox işlənilən 10 sözdən biri bitkoindir. Bu “valyutanın” adı keçən istənilən xəbər milyonlarla tirajlanır. “Lamborghini” şirkətinin illik media reklamı büdcəsi 20 milyon avrodur, həmin pula şirkət reklam çarxları və posterləri istehsal edib, mediada yaymalıdırlar. Amma şirkətin ağıllı PR menecerləri “Lamborghini” maşınlarının bitkoinlə satışı haqqında qərar verir, doğrudan da 1-2 maşını bitkoinlə satır və nəticədə bu xəbər - “Lamborghini”nin adı keçən xəbərlər dünyanın minlərlə media orqanlarında yayılaraq yüzmilyonlarla əhaliyə çatır. Bütün bredlərin nitkoinlə satış haqqındakı verdikləri qərarlar məhz bu effektə hesablanıb. Reklam və PR dərsliklərinə düşəcək gedişdir, çox bəyəndim, amma bunun bitkoinə olan güvənlə aşağıdan-yuxarıdan əlaqəsi yoxdur”.

Загрузка...
Загрузка...