Birləşmiş Krallığın yeni türk nazri!

Birləşmiş Krallığın nüfuzlu qəzetlərindən sayılan “İndependent” iqtidardakı Mühafizəkarlar Partiyasının üzvü, Londonun sabiq meri Boris Consonun xarici işlər naziri təyin olunmasına görə, bütün dünyadan üzr istəyib.
 Axar.az xəbər verir ki, qəzet işçilərinin “Dünyanın geri qalanına bir mesaj: yeni xarici işlər nazirimizə görə həqiqətən üzr istəyirik”, başlıqlı məktubda Consonun təyinatına görə utanc hissi keçirdikləri bildirilib.
 Məktubda Consonun İngiltərə xalqı da daxil olmaqla bütün dünya liderlərini təhqir etdiyi, xarici səfərlərdə olduğu zaman uyğun olmayan şərhlər verdiyi və davranışlar sərgilədiyi xatırladılıb.
 Xatırladaq ki, Mühafizəkarlar Partiyasının lideri Tereza Mey ölkənin Baş naziri seçildikdən sonra Boris Consonu Xarici İşlər naziri vəzifəsinə təyin edib. 52 yaşlı Conson Osmanlı dövründə Damad Fərid Paşa hökumətində nazir vəzifəsi tutan Əli Kamal Bəyin nəticəsidir. Conson 2008-2016-ci illərdə Londonun meri olub.