Birinci xanımın geyimi ABŞ gündəmindən düşmür - Video

 
ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp yenidən gündəmə gəlib.
 
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu dəfə 46 yaşlı xanım geyindiyi köynəklə diqqəti çəkib. Şagirdlərlə Ağ Evin bağçasında tərəvəz yığan birinci xanımın əynindəki köynəyin nə az, nə çox, 1380 dollar qiyməti var.
 
Xatırladaq ki, İrma qasırğası qurbanlarını ziyarət etmək üçün Floridaya gedən Melaniya Tramp hündürdaban ayaqqabı geyindiyi üçün fəlakət bölgəsində etirazla qarşılanmışdı.
 

Загрузка...
Загрузка...