"Bir vaxtlar “Narxoz” kimi mənfi imic qazanan UNEC qısa zamanda elə bir ilkə imza atıb ki..."

 
 
Ötən cümə bir daha maraqlı və dəyərli ideyaların - ölkənin təhsil, tibb və mədəniyyət sahəsinin tanınmış simalarının qatıldığı “Çərçivədən kənar” mövzusuna həsr olunan konfransda görkəmli ziyalılarımızın “Təhsilin gələcəyi – gələcəyin təhsili“ (məruzəçi prof. H.İsaxanlı), “Kitablar və açıq düşüncə”  (xalq yazıçısı Ç.Abdullayev), “Kardiocərrahın ürəyindən keçənlər” (dünya şöhrətli cərrah K.Musayev)  mövzusu ilə bağlı maraqlı və qeyri-standart fikirlərini bölüşmələrinin iştirakçısı və bilavasitə sahidi olduq. Yəqin bir çoxlarımız bilməmiş deyi ki, TEDx(Technology Entertainment Design -Texnologiya; Əyləncə; Dizayn) 1984-cü ildən keçirilən illik konfransları ilə tanınan, şəxsi qeyri-kommersiya fondudur. İntellektual konfransın məqsədi unikal ideyaları paylaşmaqdan ibarətdir. İdeyaların mövzuları müxtəlifdir: elm, incəsənət, dizayn, mədəniyyət, biznes, qlobal problemlər, texnologiyalar və əyləncələr. Bu günə qədər TEDx səhnəsində ABŞ-ın keçmiş prezidenti Bill Klinton, Nobel mükafatıçısı Ceyms Vatson, Microsoft-dan Bill Qeyts, Google-dan Erik Şmidt, Vikipedianın qurucusu Cimmi Ueyls kimi spikerlər çıxış ediblər.
 
TEDx konfransının ideya müəllifi Richard Wurman, TEDx konfransın daimi aparıcısi və kuratoru Kris Andersondur. TED-də dünyaca məşhur şəxslər və elm adamları bilik və təcrübəsini paylaşmaqdadırlar. Bu gün Rusiya və Türkiyə də daxil olmaqla planetin 150 ölkəsində (təşkil edilmiş 5723 TEDx konfransda 7114 məruzəçini təqribən 5 milyard insan izləmişdir. Onu da əlavə edək ki, məruzənin müddəti 20 dəqiqə, dəyəri isə zalın alqışlarının səviyyəsi ilə ölçülür. Müəyyən müddətdən sonra məruzələr You Tube vastəsi ilə paylaşılır.
UNEC konfransın təşkili üçün TED təşkilatından rəsmi lisenziya alıb. 5 noyabr 2016-cı ildə UNEC-də “Elm aylığı” çərçivəsində ilk dəfə TEDx konfransı keçirilib. “Təhsil və elmin vəhdəti” mövzusunu əhatə edən konfransın təşkili üçün bu ilin mart ayında TED təşkilatından rəsmi lisenziya alınıb. TED təşkilatı tərəfindən edilən güzəşt əsasında, konfransda iştirak qeydiyaytsız və tam ödənişsiz həyaya keçirilib. İlk TEDxUNEC konfransında elm və təhsil sahəsində böyük təcrübəyə malik məruzəçilər “Azərbaycanda elm və təhsilin vəhdətinin problemləri və həlli yolları”, “Azərbaycanda elmi fəaliyyət və təhsil prosesinin qanunvericilikdə tənzimlənməsi”, “Tərəqqi, texnolgiya və elmin vəhdəti”, “İnsan kapitalı – təhsil və elmin yaratdığı dəyərdir” mövzusundakı çıxışları geniş marağa səbəb olmuş, və böyük rəğbətlə qarşılanmışdı. Bir vaxtlar “Narxoz” kimi mənfi imic qazanan, sonralar Azərbaycan Dövlət İqtisad Universitetinə çevrilən bu ali təhsil ocağı son dərəcə qısa bir zaman kəsiyində, artıq yeni UNEC brendi ilə tanınaraq, istər təhsilin məzmunu, istər forma və strukturu, istərsə də digər infrastrukturların yeniləşməsi sahəsində irəliyə doğru sıçrayış etməklə, kifayət qədər ilkə imza atıb ki, bu da son dərəcə sevindiricidir. Artıq UNEC tədris prosesini həyata keçirən ali məktəb olmaqla yanaşı, həm də elmi araşdırmaları fasiləsiz təşviq edən mərkəzə çevrilib. Magistrlərin dissertasiyalarını ictimaiyyət nümayəndələri qarşısında müdafiə etmələri, müəllimlərin əməyinin stimullaşdırılması, differensial əmək haqqı sisteminə keçid, tələbələr üçün Bank of Baku ilə TələbəTəqaüd Proqramı, kreditlərə görə kəsirlərin ləğv edilməsi, “UNEC Ekspert” jurnalının nəşri, Dərbənd və Zaqatala filiallarının yaradılması, İstehsalatla əlaqələrin qurulması, bu məqsədlə Sumqayıt Kimya Sənaye Parkının yaradılması, əmək yarmarkaları və məzunlara iş yerlərinin təklifi, Elm aylığının keçirilməsi, yay və qış məktəblərinin təşkili, müxtəlif mövzularda təlimlər, Nobel dinləmələri və nobelcilərlə görüşlər, ilk TEDx konfransının keçirilməsi…
 
UNEC kollektivinə bundan sonra da yeni-yeni ilklərə imza atması arzusu ilə
Şahlar Əsgərov
Nadir İsrafilov

Загрузка...
Загрузка...