​Bir tona yaxın kürü müsadirə olundu...

 
 
Turaninfo.org TASS-a istinadən xəbər verir ki, Rusiya FTX  Xabarovsk diyarının əməkdaşları Komsomolsk-Amurda  50 milyon rubl dəyərində bir tona yaxın qara kürünü müsadirə ediblər.
 
“Komsomolsk-Amur şəhərində FTX əməkdaşları tərəfindən Xabarovsk diyarından  Rusiyanın qərb rayonlarına qanunsuz yolla əldə etdikləri qara kürünün çatdırılmasını təşkil edən cinayətkar dəstənin fəaliyyətinin qarşısı alınıb. Axtarış zamanı Rusiya qanunvericiliyi ilə ovlanması qadağan olunmuş  nərə balığının 937 kiloqram qara  kürüsü götürülmüşdür” - bunu FTX-nin nümayəndəsi Olqa Akina söyləyib.
 
Onun sözlərinə görə  başqa yerlərə nəql edilmək üçün nərə balıqları 0,5 litrlik plastik konteynerlərə qablaşdırılıb. Müsadirə olunan malların dəyəri 50 milyon rubldur.
Fakta görə cinayət işi qaldırılıb.

Загрузка...
Загрузка...