Bir şəhər, iki xəbər - hansı erməni düz deyir?

 "Bir erməninin dediyini o biri təkzib edir".
Bunu İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli sosial şəbəkədəki səhifəsində paylaşdığı statusunda yazıb.
Jurnalist qeyd edir ki, bu gün mediaya danışan Mardakert şəhərinin meri deyib: "Heç bir panika yoxdur, biz sakitik. Şəhərdə qaz,işıq və su xətləri əvvəlki kimi işləyir. Mardakert-Stepanakert və Mardakert-İrəvan avtobusları işləyir"...
Mer onu da qeyd edir ki, Mardakertdə 4.800 nəfər yaşayır. Və şəhər təmas xəttindən cəmi 3 km. uzaqlıqdadır...
Daha sonra jurnalist 2015-ci ildə "Eurovision" mahnı yarışında Ermənistanı təmsil etmiş Fransa əsilli musiqiçi Essai Altouinanın sözlərini sitat gətirir: "Atəşkəsə baxmayaraq Martakert Azərbaycan tərəfindən bombardıman edilir. Şəhərdə qaz, işıq, su yoxdur. Şəhərdə mülki adam da qalmayıb. Onların evinin damı göyə sovrulub. Yalnız hərbçilər döyüşü davam etdirirlər".