Bir neçə yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılır

Aprelin 13-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Yeni Suraxanı”, Astara magistral qaz kəmərləri sahəsinin “Qaratəpə”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Tərtər”, saat 11:00-dan 16:00-dək isə Ağdaş magistral qaz kəmərləri sahəsinin “Katex”, Qazax magistral qaz kəmərləri sahəsinin “Alabaşlı” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
 SOCAR-dan Musavat.com-a verilən məlumata görə, təmir müddətində Şəmkir rayonunun Seyfəli, Göygöl rayonunun Nadel, Almədətli və Quşqara, Balakən rayonunun Katex və Beretbinə, Saatlı rayonunun Qarayevkənd və Fətəlikənd, Sabirabad rayonunun Şəhriyar və Xəlfəli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
 Aparılan işlərin Bakı şəhəri Suraxanı rayonunun Suraxanı və Bülbülə qəsəbələrinin, eləcə də Tərtər rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.