Bir gündə 6 milyard dollar itirdi

Böyük Britaniyanın Avropa Birliyindən çıxmaq qərarı Avropanın ən zəngin insanı olan "Zara"nın sahibi Amancio Ortegaya 6 milyard dollara başa gəlib.
Ölkə.Az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumat Türkiyə mətbuatında yer alıb.
Dünyanın ən zəngin 400 insanının itkisi ötən cümə günü ümumi olaraq, 127.4 milyard dollara çatıb.
Avropanın ən zəngin insanı olan "Zara"nın sahibi Amancio Ortega isə 6 milyard dollar itki ilə ən çox ziyan edən zənginlərin sırasına düşüb.
Siyahıda A.Ortegadan əlavə 6 milyard olmasa da, hərəsi 1 milyarddan çox ziyana düşən 9 iş adamının da adı var. 
Bu adlar arasında Microsoftun sahibi Bill Qeys, Amazon.com-un qurucusu Jeff Bezos və İngiltərənin ən zəngin insanı Gerald Cavendish Grosvenor da var.
Referendumun nəticələrinin mənfi təsirləri İngiltərədə böyük sərmayələri olan ərəbləri də vurub.
Orta Şərq birjalarında diqqətə çarpan enişlər müşahidə edilib.