"Bir gün mənə etiraf etdi ki, pul müqabilində iş adamları ilə yatırmış..."

 
 
Məhşur türk müğənnisi Çelik mətbuata maraqlı açıqlama verib.
 
Turaninfo.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, “bu günə qədər niyə ailə həyatı qurmadın?” sualına cavab verən Çelik bildirib ki, o, yalnız bir dəfə sevib:
 
"Bütün həyatım boyu yalnız bir qızı sevə bilmişəm. Onunla münasibətimizdə hər şey çox yaxşı idi. Sonra bir gün o, mənə etiraf etdi ki, pul müqabilində iş adamları ilə yatırmış. Bu xəbər məni çox sarsıtmışdı. Uzun müddət özümə gələ bilmirdim. Təbii ki, bütün toplumun fahişə deyə tanıdığı bir insanla ailə həyatı qurmaq çox çətin olardı. Mən də çətinliklə də olsa ondan ayrıldım.”