Bir dəfə İstanbulda ...

Coxdan gözləyirdik o günü..Əvvəl mən,sonra sən...Yenə israrla sən.. İstanbula gedəcəydik,Istiqlal cəddəsində xosbəxt insanlar kimi əl -ələ gəzəcəkdik Sən və mən olacaqdıq Titanik hotelində .Lap filmdə olduğu kimi Keyt- Leonardoya bənzəməyən iki müxtəlif insan amma eyni ruhlu aşiqlər kimi..Onlar kimi yalnız zahiri görkəmlərimiz bənzər olacaqdi,sən sarışın,mən qaraşın... Səhərədək söhbət edəcəkdik Taksimdə.Axınla gələn kütləyə qarışacaq qədər izimiz tozumuz itəcəkdi.Avropa və Asiyanı görmək üçün Boğaz turundan keçəcəydik , bir insanda iki göz olacaqdiq. Keçən əsrin nostalgiya hisslərini yaşamaq üçün Prens adalarında faytona minəcəkdik .Velosipedləri hələ demirəm. Təknədə gözlərimə baxmaq üçün üzbəüz oturacaqdıq .Bəlkə də yalnızlığın necə acı bir hiss olduğunu gözlərimdə gizlənmiş kədərdən anlayacaqdın..kimim var idi ki..Allah da məni unutmuşdu. Sonra da smit alıb yeyə yeyə gur işıqlarla bərq vuran əlvan rəngli yazılı dükanlara girəcəkdik. ­ Bir bir paltarlar seçəcəkdin…və bax, əzizim bu sənə çox yaraşar dedıyində gözlərində həddindən artıq məmnunluq sezəcəkdim…Uşaq kimi sevinəcəkdim.. Gözlərində mənə tutulmuş sevgini görsəydim ­Eminönündə,Laləlidə ,lap Tophanada,Kadiköydə dünya boyda dərdimi unudacaqdım, zaman zaman həyatın vurduğu yaralara güc toplayacaqdım... Bir İstanbulu sadəcə qol qola gəzmək bütün dünyaya dəyərdi. Çoxdan arzuladığım axtardığım o sevgini tapmaq üçün yanımda olmağın bəs edərdi amma… Unudulmaz anlar dolu gercək bir Istanbul nağılı yaşayacaqdıq.Dinləyəcəkdik İstanbulu gözüyumulu ­ Orxan Vəli kimi­.... daha doğma olmaq ,bərabər islanmaq üçün yağış da yağacaqdı. Gözlədiyimiz gün gəlib çatdı..Istanbulda olduq bir gün və bir dəfə.. Fəqət, nə əl- ələ olduq, nə də sevgili­, nə də bir birimizə aşiq olduq.. Nə gözlərimiz toqquşdu nə də yağişda islandıq. Əllərim darıxmasın deyə gah közlənmiş qarğıdalı gah da kəstanə əllərimdə küçələri dolaşdım. Sadəcə iki insan olduq toplum içində....hikkəli insanlar kimi davrandın və davrandim… Bir sualım səni özündən o qədər çıxartdı kı ,qışqırdın ,bağırdın, hətta məndən uzaqlaşdın.. Və gözümdən itdin yavaş yavaş.. Yalnızlığın nə olduğunu mən onda anladım.Qurduğum yalan- doğru bir dünyam başıma fırlandı.. Bir meydan adamlarla dolu, bir də mən.. Göy guruldadı,göz yaşları sel olub axdı.. Bir anlıq ayaq saxladım,Zaman dayandı onda.. içimdə yalnızlıq hayqırdı acıdan ,göz yaşlarımı kirpiklərimdə böğmağa ,sakitləşdirməyə çalışdım. Yad bir şəhərdə tək olmaq nə qədər agırdir ..Hara gedəcəyini bilməyən ,küçədə yıxılmış, dizi qanayan və acı acı hönkürən bir uşaq kimidir insan.., ağlayar, ovunmaq üçün anasını axtarar.. Hər qadının duya bilməyəcəyi­ , bəlkə də yaşamayacağı ­ ancaq qaçmaq istədiyi hissi­ yaşadım mən bir də , bir dəfə Istanbulda..Qürurun gözyaşları idi O. Sadəcə 2 fərqli insan idik Sən yad kişi idin, mənsə tənha qadın! Nə işim vardı axı İstanbulda…..?!