Bir ailə bütövlükdə yandı!

 
Daha bir mərhəmətli insanı itirdik. Həkim, Şəbruz Novruzova Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Aldığım məlumata   görə Səbruz xanım  Eksprementalnıda  gözəl cərrah olub. Və çox da mərhəmətli insan olub. Neçə-neçə imkansız xəstələri pulsuz müayinə və həm də əməliyyat edib. Bir çox imkansız insanlara da maddi köməklik göstərib. Məkanın cənnət olsun Şəbruz xanım. Çox təəsüf ki, bu həyat çox acımasızdır. Sevdiklərimizə kədər, sevmədiklərimizə sevinc yaşadır.
 
 Bir neçə gün öncə  Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən villada baş verən partlayış zamanı “Azəravtoyol” ASC-nin Aparat rəhbəri Müşviq Abbasov, onun həyat yoldaşı Şəbruz Novruzova, 12 yaşlı Leyla Qurbanlı xəsarət almışdı. 
 
 
Hadisədən sonra ailə Türkiyəyə aparılaraq xəstəxanalarından birində müalicə edilirdi. Lakin bu müalicə öz nəticəsini verməmiş ailə başşısı Müşviq Abbasov orarada dünyasını dəyişmişdir. Daha sonra onun xanımı  da Şəbruz Novruzova bugün  Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
 
 
Mərhumun yaxınlarının dediyinə görə Ş Novruzovanın nəşi bu gün axşam saatlarında  Azərbaycana gətiriləcək. Həmin hadisədə xəsarət alan 12 yaşlı Leyla Qurbanlı isə, hazırda  Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Onun bədəninin 40 faizi yanaraq, vəziyyəti ağır olaraq qalır. Və ən dəhşətlisi də odur ki, partlayış nəticəsində  M. Qurbanovun 3 yaşlı körpəsi  Banuçiçək yanaraq dünyasını dəyişib.

 Ülviyyə XƏLİL