Binəli Yıldırım: ''Yeni konstitusiya qəbul ediləcək, Türkiyəyə prezidentlik üsul-idarəsini gətirəcəyik''

Türkiyənin baş naziri Binəli Yıldırım bu gün Ədalət və İnkişaf Partiyasın;n (AKP) vilayət təşkilat sədrlərinin iclasında Türkiyənin yeni konstitusiyaya ehtiyacı olduğunu bildirib.
Turaninfo.az-ın  Türkiyə mediasına istinadən verdiyi məlumata əsasən, baş nazir Binəli Yıldırım xalq tərəfindən seçilən prezidentin hökumətin işlərinə qarışmasını yolverilməz hesab edənləri anlamadığını söyləyib.
“21-22 milyon vətəndaşın önünə gəlib, onlardan dəstək istəyən prezident “mən bir şeyə qarşımıram" deyə bilərmi, siyasətdə belə bir şey varmı? Konstitusiya nə söylərsə-söyləsin, prezidentimizin faktiki siyasi məsuliyyəti meydana gəlib.
Artıq bununıa əlaqədar faktiki mövcud durum qüvvədə olan konstitusiyaya uyğun deyil və bu problemin həll olunması məcburiyyət halına gəlib” - B.Yıldırım əlavə edib.
Qeyd edək ki, Türkiyədə yeni konstitusiyanın qəbul edilməsi prosesi böyük siyasi çalxantılarla müşahidə edilir. Hakim partiyanın bununla bağlı referendum yoluna baş vuracağı istisna edilmir.