​"Biabırçılıq, sən mənim oğlumsan" -Araz Ağalarov Eminə

Müğənni Emin Ağalarov müsahibəsində atası, məşhur iş adamı Araz Ağalarovdan danışıb.
 
Emin uşaq vaxtından işlədiyini, pul qazandığını, heç vaxt atasından dəstək qəbul etmədiyini bildirib:
 
"Uşaq vaxtı sözə qulaq asan idim. Amma mənim üçün də maraqlı anlar çox idi. Məktəbdə oxuyurdum, uşaqlarla dərsdən çıxıb gedir, maşınların şüşəsini yuyur, qazandığım pulla siqaret, pivə alırdım.
Bir dəfə atamın dostlarından birinin maşınının şüşəsini yudum. O da gedib atama dedi.
Atam gəldi: "Biabırçılıq. Sən mənim oğlumsan”.
Soruşdum: "Niyə mən sənin utancınam?”.
Atamın cavabı belə oldu: "Çünki sən şüşə yuyursan, yola işıqfor yanmamış qaçırsan”.
Həmin an düşündüm ki, ömür boyu atamın utancı olacam".(big.az)