Bəhram Bağırzadədən MARAQLI ETİRAFLAR: İndiki ağlım olsaydı... - FOTO

Tanınmış aktyoru, şoumen, naşir, rəssam, yumor ustası və Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə hesab edir ki, dünyada ən asan iş kiməsə məsləhət verməkdir.
Publika.az-ın “Üç nöqtə” layihəsi çərçivəsində bu həftə yarım qalmış cümlələri aktyor Bəhram Bağırzadə tamamlayıb. Maraqlı etiraflar edən aktyorun sözlərinə görə, lazım olan anda susmağı bacaran qadınlar daha çox sevilir.
- İndiki ağlım olsaydı...
- Həyatımı başqa cür yaşayardım.
- Zəmanət verə bilərəm ki...
- Heç vaxt.
- Dünyanı dəyişmək imkanım olsaydı...
- Özümü dəyişmək istəyərdim, dünyanı yox.
- Kişilər o qadınlara xəyanət etmir ki...
- Xəyanətin nə olduğunu bilmirəm.
- Seviləsi qadın olmağın ilkin şərti...
- Susmaq.
- Qadınlar yaşını ona görə gizlədir ki...
- Özləri bilər.
- Qadına qarşı şiddət...
- O nə deməkdir?
- Vicdanıma and olsun ki...
- Gələcəklər, Ağabala, gələcəklər.
- Təəssüf edirəm ki...
- Heç vaxt təəssüf etmirəm.
- Vanqa nənə ilə görüşsəydim...
- Öz Zirəddinimizə nə olub ki?
- Unuda bilmədiyim insana demək istəyirəm ki…
- Dediyimi deyirəm.
- Ən böyük səhvim o olub ki...
- Böyük səhvim olmayıb. Səhvim xırda-xırda səhvlərdən ibarətdir.
- Kiminsə yalan danışdığını hiss edəndə...
- Məni gülmək tutur, onun üçün dua edirəm.
- Riyakar və ikiüzlü insanla üzləşəndə...
- Həyatımda elə insan yoxdur.
- Allah insanları ona görə qeyri-bərabər yaradıb ki...
- Həyat daha maraqlı olsun.
- Günahlarım yadıma düşəndə...
- Düşürsən yadıma
Yağanda yağışlar
Bağışla gözəl yar,
Bağışla... Bağışla... (Gülür)
- Dostlarıma ən çox onu məsləhət görürəm ki…
- Heç vaxt heç kimə məsləhət görmürəm. Həyatda iki ən asan şey var, biri məsləhət görmək, biri də duşda mahnı oxumaq. Mən övladlarıma da məsləhət görmürəm, heç tərbiyə də etmirəm. Onsuz da bilirəm ki, mən necəyəmsə, onlar da elə olacaq. Məşhur məsəldə deyildiyi kimi istər tərbiyə et, istər etmə, oğul öz atasına oxşayacaq.
- İlahi ədalətə inancımı o zaman itirdim ki…
- Heç vaxt itirməmişəm, həmişə inanclı insan olmuşam.
- Yaxşı gündə, pis gündə...
- Həmişə gələcəyə baxmaq.
Aytən

Загрузка...
Загрузка...