Beynəlxalq Valyuta Fondu: Azərbaycan iqtisadiyyatı arta bilər

2016-cı ilin ikinci yarısında Azərbaycan iqtisadiyyatı müəyyən artım nümayiş etdirə bilər. Trend-in məlumatına görə, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi deyib.
Onun sözlərinə görə, Azərbaycanın dünya iqtisadiyyatının dəyişkənliyi ilə bağlı çətinliklərinə baxmayaraq, ölkənin valyuta ehtiyatları və tədiyə balansı getdikcə yaxşılaşır: "Eyni zamanda neftin qiymətləri də artır".
Əl-Qorçi qeyd edib ki, regionun digər ölkələri də belə çətinliklərlə üzləşib, lakin Azərbaycan hökuməti dünya iqtisadiyyatındakı mənfi proseslərə vaxtında reaksiya verdi.