Beynəlxalq terrorçular MBD ölkələrinə keçir: “MUXTAR CİHAD” - Moskvadan SOS

Baxış sayı: 
148
0  
0  

Suriya və İraqda məğlubiyyətə uğrayan beynəlxalq terrorçular başqa istiqamətlərə yönəlir və Yaxın Şərqin hüdudlarında yenidən qruplaşırlar.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov bildirib.
“Terrorçuların konsentrasiyasının əsas mərkəzi Əfqanıstandır. Burada İŞİD-in mövqeləri var. Terrorçular buradan MDB ölkələrinin ərazisinə sızmaq imkanına malikdirlər”, - Bortnikov Müstəqil Dövlət Birliyinin (MDB) təhlükəsizlik orqanları və xüsusi xidmətlərin rəhbərlərinin şura iclasında deyib.
FTX-nin başçısının sözlərinə görə, döyüşçülər taktikanı dəyişdirirlər və terror qruplaşmalarının başçıları öz tərəfdarlarını “muxtar cihad”a keçməyə yönəldirlər.
Bortnikov əlavə edib ki, MDB ölkələrinin təhlükəsizlik orqanları Suriyada terrorçuların tərəfindən döyüş əməliyyatlarında iştirak etməyə hazırlaşan şəxslərin on bir kanalını kəsib.
Ömər Dağlı

Загрузка...
Загрузка...