Beynəlxalq Bankdan “Bank Standard”la birləşmə xəbərlərinə münasibət

Azərbaycan Beynəlxalq Bankı (ABB) və "Bank Standard"ın birləşməsi xəbəri ilə bağlı ABB də öz mövqeyini açıqlayıb.
"APA-Econoimics" xəbər verir ki, bankın mətbuat katibi Yadigar Cəfərli bu məlumatı təkzib edib. O, Azərbaycan Beynəlxalq Bankı və "Bank Standard"ın birləşməsi ilə bağlı hər hansı danışıqların aparılmadığını bildirib.
 Qeyd edək ki, dünən bank sektorundakı mənbəyə istinadən bu iki bankın birləşməsi istiqamətində danışıqların aparılması, hələlik heç bir razılaşmanın əldə olunmaması, lakin birləşmə məsələsinin aprelin sonunadək həll olunacağı barədə xəbər yayılıb.