Beynəlxalq axtarışda olan Sahibə Namazqızı həbs olundu

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən növbəti əməliyyat-axtarış tədbirləri keçirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində insan alverçisi olaraq beynəlxalq axtarışda olan Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhər sakini Namazqızı Sahibə Lətif qızı həbs edilərək istintaq orqanına təqdim edilib.
Sahibə Namazqızı 18.11.1973-cü ildə Ermənistan Respublikasının Spitak rayonunda anadan olub, Bakı şəhər sakinidir.
Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2009-cu ildə axtarış elan edilib. İnterpol kanalları ilə beynəlxalq axtarışda olub. (“Report”)