Beyl: ''Ronaldo ilə problemim yoxdur''

"Real"ın futbolçusu Qaret Beyl komanda yoldaşı Kriştiano Ronaldo ilə münasibətlərinin pozulması ilə bağlı yayılan xəbərlərə cavab verib.
Turaninfo.az-ın "The Times"ə istinadən verdiyi məlumata görə, uelsli futbolçu Ronaldo ilə aralarında heç bir problem olmadığını bildirib:
"Ronaldo ingiliscə bilir. "Real"a gələndə mənə çox kömək oldu. İkimiz də İngiltərədə oynamışıq. Onunla yaxşı münasibətim var və heç vaxt aramızda problem olmayıb".