Berni Ekklstoun: "Ümid edirəm ki, Donald Tramp qalib gələcək"

Soçidə keçiriləcək növbəti Qran-Pri mərhələsi səbəbindən Rusiyada olan «Formula-1» yarışlarının baş promouteri Berni Ekklstoun jurnalistlərə verdiyi müsahibədə Vladimir Putini Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçillə müqayisə edib.
«Pitunə gəlincə, hal-hazırda dünya siyasətində onun tayı-bərabəri yoxdur. Böyük liderlərlə müqayisə etsək, onu Uinston Çörçillə bənzədirəm. Putin böyük siyasətçi kimi tarixə düşəcək», - virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, Ekkslstoun belə deyib.
Promouter ABŞ-dakı prezident seçkiləri mövzusuna toxunaraq bildirib: «Ümid edirəm ki, Donald Tramp qalib gələcək və mister Putinlə dil tapacaq. Hillari Klinton qalib gəlsə? Ona arxayın deyiləm... Onun əri mən deyiləm».