Berluskoni: "Çox ciddi təhlükə var, Türkiyədə..."

 

 

 

Çox ciddi bir təhlükə var. Türkiyədə 2 milyon 400 min qaçqın var. Əgər Türkiyə ilə yaxşı və dostcasına münasibətlər qurmasaq və Türkiyə sərhədlərini açarsa, onlar yenidən Avropaya axışacaqlar.

 

Axar.az xəbər verir ki, bu sözləri İtaliyanın RAİ-1 televiziyasına açıqlamasında eks-baş nazir Silvio Berluskoni bildirib:

 

"Təbii ki, Türkiyənin bu miqrantların qarşısını alması üçün biz bir sıra bədəl ödədik. Əgər Türkiyə ilə münasibətlər pozulsa, Türkiyə qapıları açmağa qərar verə bilər".